Murad Dadaşov: "Mən özüm kök olanda..."
29 Mart 2014 12:08 (UTC+04:00)
Məşhur şoumen Murad Dadaşov "Côte d`Azur"
şirniyyat mağazasının qarət olunması barədə
danışdı.
Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə,
simasından gülüş əskik olmayan Murad Dadaşov bu hadisəni də yumor
hissi ilə qarşılayıb. Şoumen bunları bildirib: "Mən düşünmürəm ki,
bu oğurluq məqsədi ilə edilib, bir nəfər sadəcə gecə vaxtı
şirniyyat həvəsinə düşüb. Mən özüm kök vaxtlarımda şirniyyat üçün
nələr etdiyim yadıma düşdü, kimlərdən, haralardan dadlı tortlar
axtarıb tapırdım. Saatın neçə olduğunu bilmirdim
(gülür)"
Bundan əlavə olaraq Murad Dadaşov mağazaya ziyan
dəymədiyini bildirib. Pəncərəni sındırıb içəri daxil olan şəxs
sadəcə bir telefon götürüb: "Balaca bir mağazadır. Orada nə olar
bilər ki? İçəri girib tortların maket olduğunu zənn edərək onlara
dəyməyib, telefonu götürməklə kifayətlənib". Şoumen hadisədən tez
bir zamanda xəbər tutan Səbail rayon 9-cu bölmənin polis
əməkdaşlarına təşəkkürünü bildirib. Dövlətin polislərindən hər
zaman razı olduğunu vurğulayıb.