Türkiyənin tanınmış jurnalisti istefa verdi

29 Mart 2014 12:05 (UTC+04:00)
Türkiyənin tanınmış jurnalisti, "Habertürk" qəzetinin baş redaktoru, aparıcı Fatih Altaylı vəzifəsindən istefa verib. 

Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə, 1 Mart 2009-cu ildə nəşr həyatına başlayan gündəlik xəbər qəzeti "Habertürk"ün təxminən 5 ildir baş redaktoru olan Altaylı mübahisəli manşetləri ilə yaddaşlarda qalıb. 

Bu günki köşə yazısında oxucularına vəzifəsindən ayrıldığını açıqlayan Fatih Altaylı "Habertürk" qəzetində artıq sadəcə bir köşə yazarı olaraq işləyəcəyini bildirib. Altaylı yazısında heç vaxt namussuzluq etməkdiklərini qeyd edib:

"Bu qərarıma sağolsun Turqay Ciner də böyük hörmət göstərdi. Məni hansı şərtlərdə, necə bu vəzifədə tutduğunu bilirəm. Ancaq bu qərarı verməyə bilməzdim. Dünən redaktor yoldaşlarımla vidalaşarkən onlara söylədiyim bir şeyi sizlərə təkrarlamaq istəyirəm. İçində olduğumuz bu qrup əsla namussuzluq etmədi. Qəzetini əsla xəbərçilikdən başqa məqsədlərlə istifadə etmədi. Biz də bunun rahatlığı ilə jurnalistika ilə məşğul olduq".

Qeyd edək ki, Fatih Altaylının boş qalan vəzifəsinə kimin gətiriləcəyi hələlik məlum deyil.