Bakıda 4600 manatlıq qələm oğurlandı
29 Mart 2014 12:07 (UTC+04:00)
Bakıda dəyəri 4609 dəyərində qələm
oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat
xidmətindən ans press-ə verilən məlumata görə, martın 27-də Bakı
şəhər sakini Aydın Beyişov Polis Bölməsinə müraciət edərək bildirib
ki, 25.03.2014-cü il tarixdə Ş.Qurbanov küçəsində yerləşən özünə
məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən
Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan
qələm və qələm qabını oğurlayıb.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi
əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nicat
Mikayılov tutulub.