Üzüklər bizimlə bağlı hansı məlumatları daşıyır?
29 Mart 2014 13:10 (UTC+04:00)
Həyatımızda bir çox detalın mənasının olduğu kimi
üzüklərin də öz mənası var. Movqe.az ans press-ə istinadən bildirir
ki , üzüyü hansı barmaqa taxmağımız bizimlə əlaqədar ipucları
verir.
* Üzüyünüzü baş barmağınıza taxırsınızsa
azadlığınıza düşkün birisiniz. Sizinlə birlikdə olacaq biri bunu
bilməli və bu vəziyyəti anlayışla qarşılamalıdır əks halda əlaqəniz
uzun ömürlü ola bilməyəcək.
* Üzüyünü şəhadət barmağına taxanlar nüfuzu və
gücü xoşlayır. Ətraflarında da nüfuz və güc təmsili olaraq görülür.
İş həyatında çox müvəffəqiyyətli olacaq bu kəslərdənsinizsə qısa
zamanda işinizdə yüksəlməniz heç də çətin
olmayacaq.
* Üzüyünü orta barmağına taxmağı seçənlərin ən
diqqətə çarpan xüsusiyyətləri etibarlı oluşmalarıdır. Ətraflarında
hamı tərəfuindən etimad olunan və sirr saxlama xüsusiyyətlərinə
görə hər kəslə müsbət əlaqələr quran bu kəslər etibarlı olduqları
üçün möhkəm dostluqlara sahibdirlər.
* Üzüklərini yalnız üzük barmağına taxanlar isə
nizamlı, vasvası kəslərdir. Evləri avtomobilləri iş masaları hər
vaxt nizamlı olan bu insanlar bu xüsusiyyətlərindən ötəri
qısqanılan kəslərdir. Dağınıqlığa dözüm edə bilməyən bu kəslər üçün
nizam yoldaş seçkisində də əhəmiyyətli bir meyardır. Onlara təsir
etmək istəyən kəslər vasvası olmaq
məcburiyyətindədirlər.
* Üzüklərini kiçik barmaqlarına taxanların ən
diqqətə çarpan xüsusiyyəti cazibədar oluşmalarıdır. Ətraflarında
dərhal diqqət çəkməyi bacaran bu kəslərin insanları təsir etmə
potensialları hər vaxt yüksəkdir. Girdikləri hər mühitdə
cazibədarlıqlarıyla özlərini müəyyən edən bu kəslərin diqqətini
çəkib onları təsir edə bilmək olduqca çətindir.