Nənəsinin alt paltarını geyinən Kardaşyan gülüş obyekti oldu (FOTO)
29 Mart 2014 14:14 (UTC+04:00)
Amerikada yaşayan erməni əslli pornomodel Kim
Kardaşyanın geyimi məsxərə obyekti olub. NBC kanalındakı tok şounun
çəkilişindən çıxan Kardaşyan Nyu York küçələrində paparazzilərə
rast gəlib.
Movqe.az ans press-ə istinadən bildirir ki
,modelin geyindiyi boz dantel don və böyük ölçülü qara alt paltarı
gülüşlə qarşılanıb.
Tənqid hədəfi olan modelin alt paltarı barədə bəzi
mətbu orqanlar, "Kim nənəsinin alt paltarını geyinib" –
yazıb.
Bəzi şou jurnalistləri isə, Kardaşyanın gündəmdə
qalmaq üçün axmaqca yollar seçdiyini, bununla da ürəkbulandırıcı
görünüş yaratdığını iddia edib.
Qeyd edək ki, jurnalistlər vaxtaşırı geyiminə
diqqət etməsi üçün Kardaşyana məsləhətlər
verir.