Elza Seyidcahan yenə heyrətləndirdi (FOTO)
29 Mart 2014 14:06 (UTC+04:00)
Hər zaman fərqli geyimi və ifası ilə hər kəsin
diqqətini özünə cəlb etməyi bacaran əməkdar artist Elza Seyidcahan
yeni imicdə kamera qarşısına keçib. Movqe.az ans press-ə istinadən
xəbər verir ki , Elza xanım ötən gün ANS telekanalında yayımlanan
"Adam içində" verilişində qonaq qismində iştirak edib. İfaçı
görkəmi ilə hər kəsi təəccübləndirməyi
bacarıb.
Digərlərindən fərqlənməyi sevən müğənni bunun üçün
ona bacısının kömək etdiyini bildirib. Proqram zamanı Elza
Seyidcahan yağış obrazında olduğunu, saçından tutmuş ayaqqabısı və
geyiminin də məhz yağışa uyğun olduğunu deyib. Verilişə makiyajsız
qatılan müğənni çəkiliş və tədbirlərinin sayının çox olduğunu
bildirərək əl- üzünü yuyub çəkilişlərə qatıldığını
deyib.
Bundan əlavə olaraq əməkdar artist özünü uğurlu
insan olduğunu vurğulayıb: "Mən çox uğurlu insanam. Kiminlə
işləyirəm, mahnı verirəm uğurlu alınır. Getdiyim hər yerdə şən
əhval-ruhiyyə yaradıram. Kiməsə pul verəndə aylarla cibində
saxlayır ki, bərəkətli əliniz var".
Elza Seyidcahanın marağa səbəb olan görüntüsünü
sizə təqdim edirik.


