1 milyon avtomobil geri çağırılır

29 Mart 2014 15:02 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" bütün dünyada daha 1 milyona yaxın azlitrajlı avtomobilini geri çağırıb. Movqe.az ans press-ə istinadən bildirir ki ,geri çağırışa həmin avtomobillərin alışdırma kilidi ilə bağlı problemlərin əsas verdiyi bildirilir. Araşdırmalar göstərib ki, həmin nasazlıq yüzlərlə insidentə və azı 12 nəfərin ölümünə səbəb olub. 

"General Motors" konsernindən bildirilib ki, geri çağrılan avtomobillər, əsasən, 2007-2011-ci illərdə istehsal edilən və Amerika Birləşmiş Ştatlarında satılan avtomobillərdir. 

Xatırladaq ki, bu ilin fevralında da şirkət 1,6 milyondan çox köhnə model avtomobilini geri çağırmışdı.