Ödəniş terminalı oğurlandı
29 Mart 2014 15:06 (UTC+04:00)
Bakıda "E" manat ödəniş terminalı oğurlanıb. Bakı
Şəhər Baş polis İdarəsindən ans press-ə verilən məlumata görə,
Xəzər rayonu ərazisitndə mağaza və şirkətlərdən oğurluqda şübhəli
bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev
tutulub.
Müəyyən edilib ki, onlar Binə qəsəbəsi Südçülük
sovxozunda yerləşən "Vois MMC"-yə məxsus Pay Point aparatını
sındıraraq oğurluğa cəhd ediblər. Binə qəsəbəsi Donuzçuluq
sovxozunda Sərdar Ağayevə məxsus mağazadan, qapını sındırmaq yolu
ilə tütün məmulatları, Binə qəsəbə sakini Vəliyəddin Həsənova
məxsus mağazanın kassasından 100 manat, mağazada olan "Pair Point"
aparatını sındıraraq içərisində pul olan qutunu, Buzovna
qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan "Mooleniz" MMC-yə məxsus
"E" manat ödəniş terminalını, Binə qəsəbə sakini Azad Əhmədzadəyə
məxsus marketdən "Mooleniz" MMC-yə məxsus Pay Point aparatı
sındıraraq 2000 manat oğurlayıblar.
Oğurluqda şübhəli bilinən digər şəxslərin
tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir.