Rusiya Ukrayna ilə sərhədə 50 min hərbçi yığıb
29 Mart 2014 14:48 (UTC+04:00)
Rusiya Ukrayna ilə sərhədə 50 min hərbçi yığıb.
Movqe.az ans press-ə istinadən xəbər verir ki , bunu Hərbi-Siyasi
Araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk öz Facebook
səhifəsində yazıb.
O, həmçinin bildirib ki, Rusiya zirehli
texnikaları yüklənmiş qatarlar da sərhədə yaxınlaşmaqdadırlar. "10
min - bu sərhədin özündəki hərbçilərin sayıdır. Ukrayna rəsmiləri
sərhədboyu 100 min rus hərbçisinin olduğunu, Amerika kəşfiyyatı isə
30 mindən çox rəqəmi desələr də biz hesab edirik ki, Rusiya-Ukrayna
sərhədində 50 min hərbçi var", - deyə Dmitri Tımçuk
bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Obama bu gün Putinlə
Ukrayna problemlərinin sülh yolu ilə həlli haqqında
danışıb.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak
Obama Vladimir Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən
geri çəkməyə çağırıb.
Ağ evdən bildirilib ki, prezident Obama Rusiyanın
konkret olaraq diplomatik böhranla bağlı təkliflər hazırlamasını
istəyib. Daha sonra prezidentlər razılaşıb ki, Kerri və Lavrov
növbəti addımları müzakirə etmək üçün
görüşsün.
BMT baş katibi Ban Ki Mun isə Putinin ona
Rusiyanın Ukraynaya qarşı heç bir hərbi müdaxilə niyyəti yoxdur
dediyini bildirib.