Azərbaycanda yeni doğulan körpələrə ən çox bu adlar verilir
29 Mart 2014 16:06 (UTC+04:00)
2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən
çox verilən adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda doğulan
oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki,
bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə
isə Əli (325) adıdır.
Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız
uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir.
Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.
Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar
siyahısında olub.(APA)