Timati meyxana oxudu – Eksklüziv - Video

19 İyun 2012 13:59 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiyanın populyar reperi Timati "Ты кто такой? Давай, до свидания" oxudu.

Xatırladaq ki, Muz-TV premiyasının təqdimatında ifaçı Filip Kirkorov və Timati arasında münaqişə yaşanmışdı. Bu hadisə zamanı onlar bir birlərinin ünvanına xoşa gəlməz ifadələr işlətmişdilər.

Bu münaqişəni isə məşhur reper Timati özünə məxsuz şəkildə davam edib. O, Azərbaycanlı İntiqam qardaşlarının və Etiram Rüstəmovun ifa etdiyi "Ты кто такой? Давай, до свидания" adlı meyxananı özünə məxsuz rep şəkilində ifa edib.

Reper meyxananın sözlərini dəyişərək, rusiya şou-biznesinin acınacalı mövzularına və eyni zamanda da Filip Kirkorovun kim olduğunu söyləyir.

Reper Timati və onun repçi dostları bu repə klip çəkərək, şou-biznesin problemlərindən danışırlar. Qeyd edək ki, bu klip Rusiyada yerləşən, lakin azərbaycan mətbəxtinin yeməklərinin təqdim edildiyi restoranlardan birində çəkilib.

Movqe.Az oxuculara meyxananı repə çevirən Timatinin ifasını təqdim edir.

Türkan Nadirqızı

Movqe.Az