Baş nazir keçmiş polis rəisini məhkəməyə verdi

29 Mart 2014 15:02 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulun keçmiş polis rəisi Əli Fuad Yılmazərı məhkəməyə verib.Movqe.az ans press-ə istinadə xəbər verir ki , baş nazirin vəkili Əli Özkaya keçmiş rəis barədə şikayət ərizəsi yazıb.

Ərizədə göstərilir ki, İstanbulun keçmiş polis rəisi Ə.Yımazərin Ərdoğana iftira atıb və təhqir edib. Vəkil məhkəməyə verdiyi şikayət ərizəsində Yılmazərin televiziya vasitəsiylə açıqlama verdiyini qeyd edib.

Şikayətçi həmçinin onu da əlavə edib ki, Yılmazər televiziya vasitəsilə Ergenekon, Balyoz, kimi bir çox məhkəmələrə bir başa Ərdoğanın nəzarət etdiyini bildirib.

Vəkili Əli Özkaya keçmiş rəisi ölkədən qaçmaqda da ittiham edib. O, bildirib ki, Əli Yılmazərin xaricdə evi var. "O, Türkiyədən qaçmağa hazirlaş", - deyə Əli Özkaya bildirib.

Vəkil məhkəmədən tələb edib ki, İstanbulun keçmiş polis rəisi barədə cinayət işi açılsın və onun Türkiyədən kənara çıxmasına qadağa qoyulsun.

Hazırda məhkəmədə şikayət ərizəsinə baxıldığı qeyd olunur.