Putindən rus gəlinlərə pis xəbər

29 Mart 2014 16:19 (UTC+04:00)
İkili vətəndaşlıqda ediləcək tənzimləməyə dəstək verən Putin hazırlanacaq yeni cəza qanununu dəstəklədiyini açıqlayıb. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Putin Rusiya vətəndaşlığından əlavə digər ölkə vətəndaşlığı olanlara əlaqədar qanun dəyişikliyini gündəminə alıb. İctimai cəza nəzərdə tutan tənzimləmə Türkiyədəki ruslara da təsir edə bilər.

Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra burada yaşayan Ukrayna vətəndaşları səbəbindən gündəmə gətirilən ikili vətəndaşlıq məsələsi Türkiyədə bənzər vəziyyətdə olan çox sayda rus vətəndaşınına mənfi təsir edəcək. İkili vətəndaşlıq mövzusunu Rusiya Dumasında ələ alan Putin vətəndaşların Moskva rəhbərliyinə bildirmədən ikinci ölkə vətəndaşlığı aldığını deyib:

"İkinci vətəndaşlığını gizləyən rus vətəndaşları ilə əlaqədar hazırlanacaq cəza qanununu dəstəkləyirəm. Bu cəza həbs yerinə ictimai xidmətində müəyyən məhdudlaşdırma formasında da ola bilər".

Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə hazırda həm Rusiya, həm də Türkiyə vətəndaşı olan 24 min insan var.