Tolik: “Sən heç kim olanda səni Aygün və Röya gündəmə gətirdi"
29 Mart 2014 17:04 (UTC+04:00)
Hər zaman qalmaqallı və açıqlamaları ilə gündəmdə
olan məşhur prodüser Tarix Əliyev bir daha gündəmin sakitşiliyini
pozdu.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
Tolik kimi tanınan prodüser şəxsi İnstaqram səhifəsində son
günlərin dillər əzbəri olan Ramal İsrafilov, Aygün Kazımova, Röya
Ayxan və "Biletini alma" söz-söhbətini rəyini bildirib. O ötən gün
xalq artisti Mələkxanım Əyyübova ilə görüşdüyünü və Ramalın
yaratdığı qalmaqallara münasibət bildirdiyini
deyib.
Onun açıqlamaları hər kəs tərəfindən maraqla
qarşılanıb:
"Sənətkarın əslində sözü də gərək ağır olsun.
Mələkxanım xanımla bir məclisdə idik. Söhbət əsnasında Ramalın son
vaxtlar "Aygün-Röya" qalmaqalı haqda soruşdum. Verdiyi cavab isə
əsl sənətkara yaraşan idi. "Ramala zəng edib dedim ki, səni heç kim
tanımırdı, Aygün və Röya mahnılarını oxuyub gündəmə gətirdilər.
Aygün sənətdə də səndən böyükdür". Orada Aygün xanıma zəng etdim,
Mələkxanım Əyyubova ilə telefonla danışdılar. O, əslində
şou-biznesdən uzaq olan insandır. Yaxşı bilir ki, Ramal kiminsə
fitvasına gedib. Bunu hamı başa düşür. O, restoran otaqlarında
cürüyən bəzi şanssız müğənniciklərin fitvasına gedib. Bilirlər ki,
Aygün və Röya olan yerdə o beşinci yerə düşür. Bu ərəfədə elə etdi
ki, Ramalın toyunda özü ulduzluq etsin. Amma alınmaycaq. Ay
yazıqlar, Ramal istedadlıdır, onun ən azından bu bacarığı var,
ətrafındakılar onu sevir. Amma səni ətrafındakılardan başqa sevən
yoxdur. 49 yaşın olacaq, qurtlar içini o qədər yeyib ki, səni heç
kim yaxına buraxmır" - deyə yazaraq Tolik açıq şəkildə fikirlərini
bildirib.