Ukraynalılar Azərbaycanın ən böyük faciəsi ilə tanış olacaq

29 Mart 2014 20:08 (UTC+04:00)
22 öncə ermənilərin dinc azərbaycanlıları qətlə yetirdiyi Xocalı soyqırımının bütün faciəsini tam miqyasda əks etdirən ilk film "Xoca"nı Ukrayna tamaşaçıları da izləyə biləcəklər.

Azərbaycanın Ukraynadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, "Xoca" filmi sabah Ukrayna vaxtı ilə saat 16:45-də və martın 31-də saat 05:45 də Kiyev dövlət regional teleradio şirkətində efirə gedəcək.

Qısa adı "ЦК" olan kanala peyk vasitəsilə baxmaq üçün tezlikləri www.kdrtrk.inet.ua saytından götürmək olar.

2012-ci ildə rejissor Vahid Mustafayev tərəfindən çəkilmiş filmin baş prodüseri Mirşahin, prodüseri Eyyub Danişvər, bəstəkarı Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operatoru Afşin Əlizadədir. İki gənсin - Ələkbər və Günelin sevgi dastanının fonunda çəkilən hadisələr Xocalı soyqırımını tam təsfilatı ilə təsvir edir. Film indiyə kimi dünyanın onlarla ölkəsində nümayiş etdirilib.