Soydaşımız Qırğızıstanda direktorlar şurasına üzv seçildi

30 Mart 2014 10:50 (UTC+04:00)
Dünən Bişkekdə fəaliyyət göstərən Açıq səhimdar cəmiyyəti Rusiya-Qırğızstan bankı "Amanbankın" səhimdarlarının illik hesabat seçki iclası keçirilib. Movqe.az ans press-ə istinadən bildirir ki, bir sıra məsələlərlə yanaşı bankın direktorlar şurası üzvlərinin sayı artılaraq 5 üzvdən 7-yə qaldırmaq məsələsinə baxılıb. 

Soydaşımız, Bişkekdə fəaliyyət göstərən türkdilli dövlətlərin siyasətinə dəstək fondunun (TDSDF) prezidenti Nüsrət Məmmədov böyük səs çoxluğu ilə Bankın direktorlar şurasına üzv seçilib.

Qeyd edək ki açıq səhimdar cəmiyyəti Rusiya – Qırğızstan "Amanbankı" Qırğızstanda aparıcı banklardan biridir.