Ən çox qar Qubanın Xınalıq kəndi ərazisində yağıb.
Qarın qalınlığının 22 santımetr olduğu bildirilir. Qusarın dağlıq
Ləzə kəndinin ərazisində isə 15 santımetr qalınlığında qar
yağıb.
Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə
qədər aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə,
dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə
olunur.
Şimal bölgəsində yerləşən rayon mərkəzlərində də
qarlı hava müşahidə olunur. Hazırda qarın yağması davam
edir.
Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiblər
ki, gün ərazində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər
havanın qeyri-sabit keçəcəyi gözlənilir.