İlham Əliyev İrana səfər edəcək
30 Mart 2014 12:32 (UTC+04:00)
Prezident İlham Əliyev aprel ayında İrana səfər
edəcək. Movqe.az ans press-ə istinadən xəbər verir ki, bu barədə
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib. O, İran
mətbuatına açıqlamasında bildirib ki, İlham Əliyev İran prezidenti
Həsən Ruhaninin dəvəti ilə aprelin sonlarında İrana səfər
edəcək.
Möhsün Pakayin sözlərinə görə, görüşdən bir ay
sonra iki ölkənin iqtisadi komissiyalarının iştirakı ilə birgə
iclas keçiriləcək. Həmçinin səfir vurğulayıb ki, sərhəddə yerləşən
şəhərlər arasında olan əlaqələrin gücləndirilməsi İranın
Azərbaycandakı səfirliyinin qarşısında duran əsas vəzifədir.