İranda qatar relsdən çıxıb aşdı, xəsarət alanlar var

30 Mart 2014 14:18 (UTC+04:00)
Bu gün yerli vaxtla saat 04:30 radələrində Məşhəd şəhərindən Tehran istiqamətində hərəkət edən sərnişin qatarının vaqonları Şahrud şəhərinin Bakran dayanacağı yaxınlığında relsdən çıxıb.

IRNA agentliyinin məlumatına görə, qatarın 5 vaqonu relsdən çıxaraq aşıb və bir neçə sərnişin xəsarət alıb. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.(trend)