Ledi Qaqa ən qeyri-adi kostyumlarının sərgisini təşkil edib (VİDEO)
30 Mart 2014 14:20 (UTC+04:00)
Martın 28-də ad gününü qeyd edən dünya
məşhurlarından biri Ledi Qaqa Nyu-Yorkda qalereya açıb. Movqe.az
ans press-ə istinadən xəbər verir ki , ən çox müzakirə olunan ulduz
musiqi və incəsənət aləminin öndəgedən simalarını Manhettendə
açılan qalereyaya toplayıb. G.U.Y. klipinə həsr olunan qalereya
"The Out NYC" otelində fəaliyyət göstərir.
"Lady Gaga Gallery"də aprelin 10-dək müğənninin ən
qeyri-adi kostyumlarını və 11 dəqiqəlik video üçün rekviziti, eləcə
də, müasir rəssam Natan Savayanın işlərini görmək olar. Savaya Lego
heykəlləri ilə məşhurdur və ötən il Tayms-skverdə öz sərgisini
keçirib.
Xatırladaq ki, Ledi Qaqa noyabr ayında Nyu-Yorkda
yeni "Artpop albomunun təqdimatını keçirmişdi və o zaman da
geyimləri nümayiş olunmuşdu