Krım Moskva saatına keçdi
30 Mart 2014 14:22 (UTC+04:00)
Rusiyanın tərkibinə keçən bu gündən Krım Moskva
vaxtı ilə yaşamağa başladı. Movqe.az ans press-ə istinadən xəbər
verir ki, ötən gecədən etibarən Krımın ərazisində olan saatların
əqrəbləri Moskva saatına uyğun olaraq
qurulub.
Krımın Dövlət Şurasının mətbuat xidmətindən isə
bunu belə izah ediblər ki, Krım Respublikasının Dövlət Şurasının 7
mart tarixində qəbul etdiyi qətnaməyə əsasən, 2014-cü ilin 30
martından etibarən Krımın ərazisində olan dəmir yolunun , su, hava,
şəhərlərarası avtomobil və ictimai nəqliyyatın hərəkəti, həmçinin
telefon, teleqraf əlaqələri Moskva vaxtına uyğun olaraq həyata
keçirilir.
Moskva saatına keçdiklərinə görə sevinən bir qrup
Simferopol sakini isə dəmir yolu ərazisində bayram
keçiriblər.