Türkiyənin Ərdoğan hökumətinə nə qədər etibar etdiyi bu gün bilinəcək (VİDEO)

30 Mart 2014 15:00 (UTC+04:00)
Təxminən 10 ildir ki, Türkiyənin mübahisəsiz lideri kimi qiymətləndrilən, amma son 1 ildə Gəzi parkı hadisələrindən sonra sabahkı seçkilər baş nazir Rəcəb Tayyib Ərdoğan və partiyası üçün böyük sınaq olacaq. Movqe.az ans press-ə istinadən bildirir ki ,gəzi parkı etirazlarından sonra 17 dekabrda həyata keçirilən "yolsuzluq" əməliyyatı, ardınca gizli səs yazılarının yayılması, bütün bunlar əhalinin Ərdoğan hökumətinə nə qədər etibar etdiyini göstərəcək. 

Bu seçkilərdə qalib gəlmək Ədalət və İnkişaf Partiyası uçun həm də ona görə vacibdir ki, nətiəcələr bu ilin avqustunda ölkədə keçiriləcək prezident seçkilərindəki qalibiyyət üçün gedilən yol olacaq. Osmanlı İmperiyasından sonra Türkiyədə xalq ilk dəfə prezidentini seçəcək. Türkiyədəki siyasi şərhçilər hesab edirlər ki, bələdiyyə seçkilərində qalib gələn partiyanı prezident seçkilərinin qalibi də saymaq olar. Düzdür, seçkilərdə 26 siyasi partiya iştirak etsə də, əsas mübarizə hakim Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat Partiyaları arasında gedir. Siyasi şərhçilər hesab edirlər ki, hər gün bir sürprizlə qarşılaşan Türkiyədə bu günlərdə dövlətin güc strukturları tərəfindən Suriya məsələsinin müzakirəsinin 'YouTube' video şəbəkəsində yayımlanmasının ölkəyə ciddi zərbə vurmaqla yanaşı, hakim partiyanın nüfuzuna da ciddi xələl gətirə biləcək hadisədir. Bu hadisələr nəticəsində AKP özünün xeyli seçicisini itirib. 

Baş nazirin yürütdüyü seçki kampaniyasına nəzər yetirdikdə gərginliyi, qütbləşməni geridə qoyaraq seçicilərini birləşdirməyə yönəlmiş kampaniya apardığını görürük. Buna görə də çox sərt, təhqirlərlə dolu bir mitinqli kampaniya var. Bu isə AKP-də bir kilitlənmə olduğunu göstərir. Bu isə sözsüz ki, nəticələrə təsir edəcək. Müxalifətin seçki kampaniyasında isə iqtidarın seçicilərini onlara səs verməyə çağıran bir kampaniya var. Bunlar isə hökumətin səs faizlərinə təsir edəcək. Bəzi türk siyasi şərhçiləri isə hesab edir ki, hakim partiyasının artıq 12 ildir ki, rəhbərlikdə olması digər siyasi qüvvələrin AKP ilə müqayisədə zəif olduğuna bir sübutdur. Ölkədə bir-birini ardınca baş verən sürprizlərə baxmayaraq hakim partiyanın qalib gələcəyi şübhəsizdir. 

Bütün baş verənlərə qarşı xalqda inamsızlıq var. AKP 47 % və daha çox səs qazana bilər. Ötən bələdiyyə seçkilərində AKP 38 % səs qazanmışdı. Bu seçkilərdə isə daha artıq olacağı gözlənilir. Çünki həqiqətən də xalqın etibarını qazanıb, Türkiyəyə sabitlik gətirib, bir çox layihələr həyata keçirdiyinə görə də insanların buna etimadı azalmayıb. 

Hakim partiyanın səs faizləri yüksək olarsa, ölkədə yeni etiraz dalğasının baş qaldıracağı da proqnozlaşdrılır. Hətta Seçkilərdən sonra kürdlərin partiyası olan BDP-nin də aktivləşəcəyi gözələnilir. Türkiyənin yaşadığı son olaylar isə göstərir ki, öləkəni daha gərgin prezident seçkiləri gözləyir.