Şəkiyə də qar yağıb (FOTO)

30 Mart 2014 15:08 (UTC+04:00)
Bu gün səhər saatlarından Şəkiyə qar yağır. Bəzi dağlıq hissələrdə qarın hündürlüyü 20 mm-ə çatır. Movqe.az ans press-ə istinadən xəbər verir ki, güclü küləklə müşayət olunan qar bölgədə bəzi fəsadlara səbəb olub. 

Güclü küləklə müşahidə olunan qar bölgənin bəzi rayonlarında elektrik xəttlərinin qırılmasına səbəb olsa da, hazırda fəsadlar aradan qaldırılıb. Regional elektrik şəbəkəsindən aldığımız məlumata görə, həmin ərazilərə enerji verilişi bərpa olunub. 

Mütəxəssislər mart ayının sonunda bu cür hava şəraiti və qarın yağmasının taxıl üçün əlverişli olduğunu bildirsə də, çiçək açan meyvə ağaclarına ziyan vurma ehtimalının daha çox olduğunu söylədilər. 

Ərazi hidrometrologiya mərkəzindən bildirdilər ki, bu gün səhər saatlarından yağmağa başlayan qar sabah günün ikinci yarısınadək davam edəcək. Bölgədə isə daha çox yağıntı Qax rayonunun Sarıbaş kəndinə düşüb. Burada qarın hündürlüyü 20 mm təşkil edir.