Türkiyədə bələdiyyə seçkilərində silahlı qarşıdurma yaranıb, 9 nəfər yaralandı (VİDEO)

30 Mart 2014 16:00 (UTC+04:00)
Türkiyənin Şanlıurfa vilayətində Çankaya qəsəbəsinə muxtarlığa namizədlər İsmayıl Çiftçi ilə Şükrü Polatçı arasında dava düşüb. Qarşıdurma nəticəsində biri polis olmaqla 3 nəfər yaralanıb.

Movqe.az ans press-ə istinadən xəbər verir ki, hadisə səhər saat 8 radələrində baş verib. Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı və digər 3 nəfər bıçaq yarası alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.

Olay, saat 08.00 sıralarında Çankaya Mahallesi'nde bulunan 100'üncü Yıl İlköğretim Okulu'nda oy verme işlemi başlarken meydana geldi. Çankaya Mahallesi Muhtar adayı İsmail Çiftçi ile Şükrü Polatçı arasında seçmenleri yönlendirdikleri iddiasıyla tartışma çıktı. Tartışma, kısa sürede iki muhtar adayının yakınlarının da katılımıyla bıçakların kullanıldığı kavgaya dönüştü.



Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq. Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.