Suriyadan 12 nəfərlik azərbaycanlı taborun qətli ilə bağlı açıqlama

30 Mart 2014 16:05 (UTC+04:00)
Suriyada fəaliyyət göstərən İrak Şam İslam Dövləti (İŞİD) adlı qruplaşma bir neçə gün öncə 12 azərbaycanlıdan ibarət taborun qətlə yetirilməsi ilə bağlı açıqlama veriblər. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Suriya döyüşçülərinin saytında bildirilib ki, azərəbaycanlılardan ibarət tabor üzvləri PYD adlı qruplaşama ilə aparılan döyüş zaman həlak olublar. Açıqlamada bunlar bildirilib:

"İŞİD-in ərazisi olan Rakka vilayətindəki "Ketibetül Azerbaycan" camaatının döyüşçüləri PKK nəzarətində olan bir bölgəyə hücum hazırlamışdılar. Hücum zamanı azərbaycanlı qardaşlarımızdan 12-si həlak oldu. Azəri taboru 2 ilin içində çoxlu əməliyyatlar keçirdi. PKK bizə nəzarət etməyə çalışır və 12 qardaşımızı itirdik. Bölgəni əlimizdən aldılar və 70 PKK-mını öldürüp geri çəkildik. 

Ölənlərin içində Emirimiz Musab da vardı. Yeni əmirimizi seçmişik. Adı Emir Muhammeddir. PKK-ya qarşı əməliyyat planlaşdırırıq".