Türkiyənin bu kəndi seçkini iki saata bitirdi

30 Mart 2014 17:07 (UTC+04:00)
Türkiyənin Van vilayətinın Edremit rayonunun Köklü kəndində bələdiyyə seçkiləri iki saata başa çatıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki, 38 seçicinin olduğu kənddə səsvermə başa çatıb. 

Edremitdən 20 kilometr uzaqda yaşayan vətəndaşlar, səhər saat 7-dən başlayaraq səs verməyə başlayıblar. Bir seçki qutusunun və 38 seçicinin olduğu kənddə səsvermə səhər saatlarında bitib. Səsvermənin yerli vaxtla 09.00-da tamamlanmasına baxmayaraq, seçki qutusu saat 16.00-da açılacaq. 

Kəndə muxtarlığa tək namizəd olan İbrahim Gültepenin seçkiləri qazandığı indidən bəllidir. Kəndin keçmiş muxtarı Mustafa Özbuz yaşının çox olması ilə əlaqədar namizəd olmadığını və yerini gənc bir namizədə verdiyini açıqlayıb.