Türkiyədə bələdiyyə seçkilərdə silahlı atışmada 6 nəfər öldürüldü
30 Mart 2014 18:13 (UTC+04:00)
Türkiyədə keçirilən seçkilər zamanı 6 nəfər
silahla qətlə yetirilib. Movqe.az ans press-ə istinadən xəbər verir
ki, ölkənin Hatay vilayətinin Gölbaşşı kəndində muxtalığa
namizədlər arasında silahlı insident baş
verib.
Hadisə zamanı iki nəfərin açılan atəş nəticəsində
öldüyü, 9 nəfərin isə ağır yaralandığı
bildirlir.
Qeyd edək ki, Şanlıurfa bölgəsində də seçki zaman
silah səsləri eşidilib. Ümumilikdə Hatay və Şanlıurfadakı silahı
hadisələr zamanı 6 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı
bildirilir.