Türkiyəlilərin bu günü: qızğın seçkilər və soyuq hava (VİDEO)

30 Mart 2014 19:03 (UTC+04:00)
Türkiyə hökuməti səsvermə prosesinə ziyan dəyməməsi üçün saatların bir saat irəli çəkilməsini bir gün təxirə salıb. Amma smartfonların və kompüterlərin saatları avtomatik irəli çəkməsi vətəndaşlar arasında anlaşmazlığa səbəb olub.Movqe.az ans press-ə istinadən xəbər verir ki , Türkiyənin əksər bölgələrində seçicilər məntəqələrin açilmasından bir saat əvvəl səs verməyə gəlib.

Tərs kimi, Türkiyə bələdiyyə seçkilərinin keçirildiyi günə kəskin hava şəraiti ilə başlayıb. Son həftələrdə isti havanın hakim olduğu İğdirda çiçəkləyən ağaclar kəskin şaxtaya məruz qalıb. Havaların qəfil dəyişməsi sakinlər arasında da çaşqınlığa səbəb olub. 

Kəskin soyuqlar ən böyük təsirini Adanada göstərib. Burada tüğyan edən şiddətli külək ağacları kökündən qoparıb. Şəhərdə elektrik dirəkləri ziyan çəkib. Bu səbəbdən şəhərin bəzi bölgələrində elektriklər kəsilib.