FEMEN qızlar Ərdoğana görə soyundular

30 Mart 2014 19:05 (UTC+04:00)
Türkiyədə bələdiyyə seçikləri zamanı qəribə bir hadisə baş verib. Movqe.az ans press-ə istinadən xəbər verir ki ,ölkə baş naziri Rəcəb Tayyib Ərdoğanın hökumətdən getməsini istəyən 2 femençi səs vermə məntəqəsinə gələrək soyunublar. 

Ərdoğanın əvvəl səs vermək üçün getdiyi Burhaniyə məktəbində soyunan FEMEN-lər çılpaq formada baş nazirin əleyhinə olan şüarlar səsləndirməyə başlayıblar. 
Səsvermə qutularının üzərinə çıxan çılpaq qadınlar ayaqları ilə bülletenləri yerə atıblar. FEMEN-lər polislər və müafizəçilər tərəfindən saxlanılıb.