Britaniya vəliəhdi ilk xarici səfərinə hazırlaşır (FOTO)

30 Mart 2014 20:00 (UTC+04:00)
Bukinqem sarayı Kembric şahzadələri Uilyam və Ketrinin oğulları, 8 aylıq vəliəhd Corcla yeni fotosunu yayıb. Fotonun müəllifi Ceyson Belldir. Kral ailəsinin yaşadıqları Kensinqton sarayında çəkilən fotoda şahzadələrlə birlikdə sevimli itləri Lupo da görünüb.

Kembric şahzadələri aprelin 7-də Yeni Zelandiyaya, 16-da isə Avstraliyaya rəsmi səfər edəcəklər. 3 həftəlik turne aprelin 25-də başa çatacaq. Bu, körpə şahzadənin ilk xarici səfəridir. Səfər zamanı ailəylə birlikdə Corcun dayəsi Mariya Tereza Turrion Borrallo da olacaq.(ANS)