Güclü külək şəhər və rayonlarda ciddi fəsadlar törədib (VİDEO)
30 Mart 2014 21:03 (UTC+04:00)
Ötən gecədən başlayan və sulu qarla müşayət olunan
güclü külək ölkənin bəzi şəhər və rayonlarında ciddi fəsadlar
törədib. Movqe.az ans press-ə istinadən xəbər verir ki , Bərdə və
Tərtər rayonları işıqsız qalıb. Külək elektrik dirəklərini aşırıb,
naqilləri sıradan çıxarıb, ağacları aşırıb. Kəndlərin bəzilərində
evlərin dam örtüyünü atıb. Goranboyun dağlıq ərazilərində yerləşən
yaşayış məntəqələri isə 10 sm qar
altındadır.
Azərbaycanın şimal bölgəsinə də gecə saat 3-dən
başlayaraq qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xinalıq kəndi
ərazisində yağıb. Qarın qalınlığının 22 santimetr olduğu
bildirilir. Qusarin Dağliqləzə kəndinin ərazisində isə 15 santimetr
qalınlığında qar yağıb. Şimal bölgəsində havanın temperaturu 10
dərəcəyə qədər aşağı düşüb.
Bu gün səhər saatlarından Şəkiyə də qar yağıb.
Bəzi dağlıq hissələrdə qarın hündürlüyü 20 sm-ə çatıb. Güclü
küləklə müşayiət olunan qar bölgədə bəzi fəsadlara da səbəb olub.
Regional elektrik şəbəkəsindən aldığımız məlumata görə, dunən axşam
saatlarından başlayan güclü külək və səhər saatlarından əraziyə
düşən yağıntı bölgənin bəzi rayonlarında elektrik xəttlərinin
qırılmasına səbəb olsa da, hazırda fəsadlar aradan qaldırılır.
həmin ərazilərə enerji verilişi bərpa olunub.