Nyu-Yorkda 11 sentyabr qurbanlarının xatirəsinə muzey yaradıldı (FOTO)
30 Mart 2014 22:09 (UTC+04:00)
Nyu-Yorkda 11 sentyabr qurbanlarının xatirəsinə
tikilmiş Milli Memorial Muzeyin açılışı olub. Movqe.az ans press-ə
istinadən xəbər verir ki ,açılış səbəbiylə ABŞ-ın Conde Nast
nəşriyyat evi muzeyə biletlərin elektron alış sistemini tətbiq
edərək, həmin gün buraya girişi pulsuz edib.
Muzeyin prezidenti Co Deniels rəsmi müraciətində
bunları deyib: "Bu, tərəfdaşımız Conde Nast tərəfindən ən gözəl
töhfədir. İnanıram ki, şirkətin muzey və ölkə üçün bu özəl gündə
səxavətliliyi digərlərini də ilhamlandıracaq. Mümkün qədər çox
insanın muzeyə gəlməsinə kömək etmək baş verənləri heç vaxt
unutmamaq üçün doğru yoldur".
Qeyd edək ki, Nyu-Yorkun Milli Memorial Muzeyi
2001-ci il 11 sentyabr və 1993-cü il 26 fevral tarixlərində baş
vermiş, 3 mindən çox faciə qurbanının xatirəsini əbədiləşdirmək
üçün yaradılıb.


