Bu gün fransızlar 6 min mer və bələdiyyə başçısı seçirlər (VİDEO)
30 Mart 2014 23:00 (UTC+04:00)
Türkiyə ilə eyni vaxtda Fransada bələdiyyə
seçkilərinin ikinci turu keçirilir. Movqe.az ans press-ə istinadən
xəbər verir ki ,bu səsvermədə vətəndaşlar 36 min mer və bələdiyyə
başçısı seçəcəklər. Bu seçkilər prezident Fransua Olland və mövcud
hökumətə "etimad səsverməsi" kimi
dəyərləndirilir.
İlk turda hakim Sosialist partiyası gözləniləndən
xeyli az səs toplayıb. Onun ən yaxın rəqibi olan Ultra sağçı
təmayüllü "Milli Cəbhə" alyansının şansları ikinci turda yüksək
qiymətləndirilir.
Marin le Penin rəhbərlik etdiyi alyans 200 şəhərdə
o cümlədən Paris və Marseldə ikinci tura keçə biliblər. Əksər
vilayətlərdə əsas mübarizənin bu iki partiya arasında gedəcəyi
proqnozlaşdırılır.