Göyçayda qadın su kanalına düşərək ölüb

31 Mart 2014 00:05 (UTC+04:00)
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Movqe.az APA-ya istinadən xəbər verir ki ,hadisə bu gün saat 15:00 radələrində Göyçay rayonunun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb. Qar və yağış yağdığı üçün piyada körpüsünün üstündəki torpaq islanaraq palçığa çevrilib və qadın küləkli havada körpüdə ayağı sürüşərək kanalın ortasına düşüb. Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd Xəstəxanasında tibb bacısı işləyirdi. Üç uşaq anası olan Zemfira İbrahimovanın meyidinin tapılması üçün hazırda kanalda axtarış aparılır.

Qeyd edək ki, bu gün axşam mərhum Zemfira İbrahimovanın qaynının oğlunun toy mərasimi olacaqdı. O, həmin toy mərasimi keçiriləcək evə gedərkən yolda kanalın üstündən suya düşüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.