TQDK-dan imtahanla bağlı yeni xəbər

31 Mart 2014 11:25 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 30-da rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.  TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

İmtahanın nəticələrinin martın 31-də elan olunması nəzərdə tutulur.