Bakıda qadın tanışını corabla boğdu

31 Mart 2014 11:34 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhər sakini Sevinc Hüseynova M. Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.


S.Musayeva martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.