Fransa: "Yerli seçkilərin məğlubu Sosialistlər oldu"

31 Mart 2014 12:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransada ikinci turu bazar günü keçirilən yerli seçkilərdə iqtidardakı Sosialist Partiyası ağır məğlubiyyət alıb.

İlkin nəticələrə görə seçkilərdə solçu ittifaqın səs nisbəti 43%, mərkəzi sağ ittifaq səslərinin 45% olub.

Səslərin 7%-ni alan ifrat sağçı Milli Cəbhə ( FN ) isə əhəmiyyətli bir müvəffəqiyyət əldə edərək ən az 10 bələdiyyə başçılığı qazanıb.

Baş nazir Jean -Marc Ayrault nəticələrin müəyyən olmasının ardınca etdiyi şərhdə bir çox seçicinin hökumətə etibarını itirdiyini qəbul edib.


Parisdəki BBC müxbiri Hugh Schofield , sosialist prezident Fransua Hollandenin yerli seçkiləri uduzmasından sonra bazar ertəsi günü Baş nazir Ayrault və hökumətini vəzifədən ala biləcəyini bildirib.