Dünya çempionunun qızıl Ferrarisi

31 Mart 2014 12:50 (UTC+04:00)

Kikboksinq üzrə dünya çempionu öz sport avtomobilinin görünüşüylə yetinməyərək onu qızılı rəngə boyatdırıb. Bu haqda Movqe.Az "Metro"ya istinad edir. 200.000 sterlinq dəyərində olan Ferrari 458 markalı avtomobil Londonun qərbində yaşayan İraq əsilli idmançı Riyad əl-Azzaviyə aiddir. Avtomobillər üzrə mütəxəssis olan bir tvitter bloqunda isə, "Bu sadəcə qızılla örtülmüş #Ferrari 458 Spiderdir. Çox zövqsüz görünür" tvitləri atılıb.