"Azəriqaz" İB qazın təyziqindən şikayətlənənlərə cavab verdi

31 Mart 2014 14:40 (UTC+04:00)
"Azəriqaz" İstehsalat Birliyi havaların soyması ilə əlaqədar əhali qrupuna verilən mavi qazın təyziqi ilə bağlı yaranan şikayətlərə cavab verib. Movqe.az-a bu barədə açıqlama verən "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Movqe.az-a açıqlamasında bildirib ki, havalar soyandan, dünəndən etibarən verilən mavi yanacağın həcmi 4 milyon kub metr artırılıb: "Harada narazılıq vardısa həll olunub. Əhali qrupuna verilən təbii qazın həcmi Bakıda 1,7, regionlarda isə 2,3 milyon  kub metr artırılıb. Hazırda heç bir yerdə qazın təyziqi ilə bağlı problem yoxdur".

Qeyd edək ki, havalar soyandan paytaxda əhali qrupuna verilən mavi yanacağın təyziqindən şikayətlər artıb. Dünən paytaxtın Səbael rayonun Bibiheybət, Xəzər rayonunun Buzovna, Bakının Binəqədi, Abşeronun Masazır qəsəbələrində əhaliyə verilən təbii qazın həcmi kəskin şəkildə aşağı düşüb. Rayonlardan Yevlax şəhərində ümumiyyətlə əhali qaz üzünə həsrət qalıb.  Rayonun Firdovsi küçəsində sakinlər Movqe.az-a açıqlamalarında qazın təyziqinin kəskin azalması üzündən mərkəzləşmiş istilik sistemində istilik qurğuluarının işlmədiyini söyləyiblər.