TQDK Apelyasiya komissiyası yaratdı

31 Mart 2014 15:16 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak edən namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, martın 30-da keçirilən 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Apelyasiya komissiyası 2014-cü il martın 31-dən aprelin 2-dək hər gün saat 10-dan 17-dək TQDK-nın binasında (ünvan: Ak. H. Əliyev küç., 17) fəaliyyət göstərəcək.