MTN -nin 95 illik yubileyi ilə bağlı Suraxanı rayonunda tədbir keçirilib

31 Mart 2014 16:20 (UTC+04:00)

Martın 29-da Azərbaycan Milli Təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi ilə bağlı Suraxanı rayonunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin basçısı İlqar Abbasov Milli Təhlükəsizlik Nazirliyi Suraxanı Rayon İdarəsinin şəxsi heyətini, xüsusi xidmət əməkdaşlarını yubiley münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində milli təhlükəsizlik orqanlarının xüsusi yeri və rolu var. Natiq yarandığı gündən müasir dövrədək Milli Təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli tarixi yoldan, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarının inkişaf etdirilməsində və olun milliləşdirilməsində əvəzsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışmışdır. İlqar Abbasov 95 il əvvəl yaradılan milli təhlükəsizlik orqanlarının zəngin tarixindən, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda gedən mübarizədə xüsusi rolundan, bu gün də dövlətçiliyimizin keşiyində cəsarətlə dayanmsından, sakinlərimizin təhlükəsizliyinin qorunması, müxtəlif təxribatların qarşısının alınması istiqamətində işlərdən ətraflı danışıb.Rayon rəhbəri qeyd edib ki, müstəqillik illərində Milli Təhlükəsizlik orqanları Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, dövlətçiliyimizə qarşı yönəlmiş daxili və xarici təxribatların qarşısının alınmasında misilsiz fədəkarlıq, sədaqət və peşəkarlıq göstəriblər. Yüksək peşə hazırlığının sayəsində bu qurum ölkəmizin təhlükəsizlik, sabitlik qarantına çevrilib.bİlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin MTN-nin yubileyi ərəfəsində imzaladığı sərəncam və fərmanlara toxunaraq qeyd etdi ki, bu qərarlar milli təhlükəsizlik orqanlarının daim dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir. Çıxışının sonunda rayon rəhbəri Suraxanı Rayon İcra Hakimiyyətinin kollektivi adından yüksək rütbə almış Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudovu və nazirliyin digər rəhbər vəzifəli şəxslərini təbrik etdi və onlara uğurlar arzuladı.

Tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyi Suraxanı Rayon İdarəsinin rəisi Vahid Zeynalov peşə bayramı münasibəti ilə təbriklərə görə minnətdarlıq ifadə etmiş və Azərbaycanın daha da qüdrətlənməsi, milli maraqlarının qornması naminə daim yüksək peşəkarlıq qabiliyyətlərinin artırılması sayəsində ölkəmizdə gedən yeniləşmə siyasətinin uğurla aparılmasına öz töhfələrini verəcəklərini bildirib.Tədbirdə Milli Təhlükəsizlik Nazirliyi rayon İdarəsinin bir qrup əməkdaşına Suraxanı rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu.