Röya: " İstəyirəm mamlı-matan, yeməli olum " - video

31 Mart 2014 16:05 (UTC+04:00)

Türkiyədə "Kral Musiqi ödülləri" müsabiqəsində nominant olan müğənni Röya xalq artisti Aygün Kazımovanın ona dəstək olmasından danışıb. Mövqe.az xəbər verir ki, xalq artistinin dəstəyinə müsbət cavab verən müğənni 

açıqlamasında bildirib : " Təşəkkür edirəm, Allah hər kəsin uğurunu dəyərləndirsin. Hamı sevənləri üçün, nəsə etmək üçün əziyyət çəkir. Hamımıza uğurlar arzulayıram.  Adaylarda olsam da, bu mənim üçün vacib deyil, buna iddialı deyiləm. Mən sadəcə işimi görürəm. Lüt kişini verəcəklər, biz də xoşbəxt olacağıq? Bəlkə illər sonra bu nominasiya mənim üçün marağı olar, amma indi mənim üçün maraqlı deyil". 


Röya son zamanlar idman etdiyini də açıqlayıb. Evdə məşq edən müğənni zarafatla bildirib : " Dünən idman etmişəm . Ölürəm. Kökəlmək üçün idman edirəm. Evdə. İstəyirəm kökəlim, ətləşim mamlı-matan yeməli olum".