Medvedyev Krıma gedir

31 Mart 2014 17:40 (UTC+04:00)

Rusiya baş naziri Dmitriy Medvedyev, Ukraynadan tək tərəfli müstəqilliyini elan edən və Rusiyaya bağlanma razılaşması imzalayan Krımı, ziyarət edir. 


Movqe.Az xəbər verir ki, Medvedyevin əvvəldən açıqlanmayan səfərində, Krım və Sevastopolun sosial və iqtisadi inkişafıyla bağlı mövzuları qiymətləndirəcəyi deyilir.


Medvedyevlə görüşə, Krımda keçirilməsi planlaşdırılan işlərlə əlaqədar nazirlər və təşkilat nümayəndələri qatılacaq.


 Medvedyevin yarımadada, Moskva rəhbərliyinin 24 martda aldığı qərarların tətbiqlərini araşdıracağı deyilir. 


Baş nazir Medvedyevdən əvvəl keçən həftə də Rusiya Müdafiə naziri Sergey Şoyqu,  Fövqəladə Hallar naziri Vladimir Puçkov və Rusiya əmək naziri Maksim Topilin Krımı ziyarət etmişdi.