Bakıda köhnə zavod binasında lift qırılıb, xəsarət alanlar var

31 Mart 2014 18:31 (UTC+04:00)

Bakıda köhnə zavod binasında qəza baş verib.


Bakı şəhər Təcili Tibbi yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb. 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində liftdə olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə aparılıb.