Pul üçün həm dilənirlər, həm də ki, duz kimi yalayırlar - FOTOLAR - ÖZƏL

31 Mart 2014 19:26 (UTC+04:00)
Küçə uşaqlarının problemi hələ də qalmaqdadır. Çox zaman onların yanından etinasız ötüb keçirik, onlarsa uşaqlıqlarını küçədə müxtəlif basqılar altında yaşamaqdadırlar. Əgər nəzərə alsaq ki, uşaq cəmiyyətin gələcək vətəndaşıdır, onda küçədə tərbiyə alan bir fərdin necə təhlükəli ola biləcəyini görmək heç də çətin deyil. Onlar küçələrdə, tinlərdə yatır, dilənir, yayın istisinin, qışın soyuğunun fərqinə varmamağa çalışaraq  və dilənərək yaşayırlar. Bu körpələrin qayğıya, sevgiyə və ən əsası bir qarın isti yeməyə ehtiyacı var. Bu cür uşaqların paytaxt küçələrində rast gəlmək olar. Mövqe.az sizə axşam saatlarında Koroğlu metrosu ətrafında dilənən uşaqların fotolarını təqdim edir. Bu uşaqlar dilənməklə kifayətlənməyib, küçədə keçən insanların geyimlərindən tuturlar. Onlara dil ağız edib, pul ala bilmədikdə isə insanları yalamağa başlayırlar. Gözümlə gördüyüm mənzərənin səbəbkarlarını sizə təqdim edirəm :