Nazirlikdən partiyalara və QHT-lərə xəbərdarlıq
31 Mart 2014 18:57 (UTC+04:00)
Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət
təşkilatları və siyasi partiyalara xəbərdarlıq etdi.
Nazirliyin mətbuat xidmətindən
Trend-ə bildiriblər ki, "Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun
29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan
Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət
təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları
aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim edilməlidir.
"Qeyri-hökumət təşkilatlarının illik maliyyə
hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201
nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə
Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən
Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30
gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün
bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci
maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.