Rusların 74 faizi Ukrayna ilə müharibəni dəstəkləyir

31 Mart 2014 20:34 (UTC+04:00)

Rusiyalıların 74 faizi Ukrayna ilə hərbi konflikt yaranacağı təqdirdə Rusiya rəhbərliyini müdafiə eləməyə hazır olduğunu bildirib. Movqe.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu qənaət Rusiyanın qeyri-kommersiya təşkilatı olan "Levada-sentr"ın keçirdiyi rəy sorğusundan hasil olub. Lakin rəyi soruşulanların yarıdan çoxu – 53 %-i iki ölkə arasında müharibəni az ehtimallı sayıb. 77 % hesab edir ki, münasibətlərin pisləşməsinə görə məsuliyyət tamamilə və ya əsasən Ukraynanın hazırkı rəhbərliyinin üzərinə düşür. 1/3 hissə düşünür ki, daxili münaqişələr Ukraynada vətəndaş müharibəsinə gətirəcək.