"Saflığımdan oldu"

19 İyun 2012 17:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "O Şimdi Asker" mahnısıyla tanınan Tuğba Ekinci, sığortadan pul almaq üçün Yaquar marka maşınının oğurlandığını söyləyərək cinayət uydurmaq iddiasıyla mühakimə olunan məhkəmədə ifadə verib. İstanbul 14-cü Əslə Cəza Məhkəməsində aparılan işdə 3 ilə qədər həbsi istənilən Ekinci, özünü müdafiə edib.

Ekinci, avtomobilini 2011-ci ildə Əhməd Kökderden aldığını, ancaq satışı üzərinə götürmədiyini söyləyib. Dostlarından biri avtomobillə qəzaya uğrdaıqdan sonra, Məlikşah adlı yoldaşına zəng edib maşını uyğun bir yerə buraxmasını söylədiyini danışıb. Ekinci: "Melihşaha zəng edəndə, ona zəng çatmadı. Oğurlandı, deyə prokurorluğa ərizə verdim. Tamamilə saflığımdan oldu. Mən bunun cinayət olduğunu bilmirdim" - deyib. Hakim məhkəməni təxirə salıb.