22 yaşlı tələbə qızı yük avtomobili vurdu
31 Mart 2014 21:44 (UTC+04:00)
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bədən xəsarətləri alan gənc qızın vəziyyəti ağırdır. ANS PRESS-in
verdiyi məlumata görə, 22 yaşlı Səriyyə Qurbanova şəhərin Təbriz
küçəsində yolu keçmək istəyərkən onu avtomobil vurub. Qəzanı
törədən sürücü yaralını hadisə yerində qoyaraq qaçıb. Onu
xəstəxanaya yoldan keçən başqa avtomobil sürücüsü çatdırıb.
Həkim-travmatoloq Məharət Kərimov deyib ki, yaralının vəziyyəti
ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidi Muraz Həsənovun sözlərinə görə, gənc qızı Ford
markalı yük avtomobili vurub.
Qeyd edək ki, Səriyyə Qurbanova Goranboyun Borsunlu kənd sakinidir.
Gəncədə Dövlət Aqrar Universitetində təhsil alır. Hazırda Gəncə
şəhər Baş Polis İdarəsi hadisəni törədən sürücünü müəyənləşdirmək
istiqamətində iş aparır.