Azərbaycanlı Türkiyədə bələdiyyə sədri oldu

1 Aprel 2014 11:25 (UTC+04:00)

Türkiyənin Qars vilayətində Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi olan Murtaza Karaçanta bələdiyyə seçkisinin qalibi olub. 


Ans press-in xəbərinə görə, Karaçanta bütün səslərin 28.4 faizini alaraq Qarsın bələdiyyə sədri olub. Bundan əvvəl isə Qars vilayəti hakim AKP-nin idarəsində olub. 


Murtaza Karaçanta 1961-ci ildə Qarsda dünyaya gəlib. Pensiyaçı bürokrat və mühasib olan Karaçanta həm də Qars bələdiyyə məclisinin üzvü olub. 


Türkiyə - Azərbaycan münasibətlərini inkişaf etdirmək üçün "Qars – Azərbaycan Mədəniyyət və Həmrəylik" dərnəyini qurub və bu dərnəyin sədridir.


Ailəli və 2 övlad atası olan Murtaza Karaçantanın babasının əslən Azərbaycandan olduğu bildirilir.